Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

84 iranlı dənizçinin nəşi qaytarılır: Şri-Lankadan qərar

2 dəq
Paylaş:
84 iranlı dənizçinin nəşi qaytarılır: Şri-Lankadan qərar

Şri- məhkəməsi ötən həftə ada sahillərində ABŞ-nin hücumu nəticəsində həlak olan 84 İran dənizçisinin cəsədinin İran səfirliyinə qaytarılması barədə qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə "France 24" məlumat yayıb.

Məlumata görə, Hindistanın təşkil etdiyi dəniz təlimindən qayıdarkən Hind okeanında ABŞ sualtı qayığı tərəfindən torpeda ilə vurulmuş “ Dena” gəmisi zərbə alıb. Şri-Lanka və Hindistan ABŞ tərəfindən hücuma məruz qalmış üç İran hərbi gəmisindən 434 dənizçiyə sığınacaq verib. Hər iki ölkə Yaxın Şərqdəki münaqişədə iştirak etmədiklərini və iranlı dənizçiləri qəbul etməyi humanitar əsaslarla etdiklərini açıqlayıb.

Şri-Lanka prezidenti Anura Kumara Dissanayake bildirib: “Bizim yanaşmamız hər bir insanın öz həyatımız qədər dəyərli olmasıdır”.

Qeyd olunur ki, təxminən 130 dənizçini daşıyan “IRIS Dena” 4 martda Şri-Lanka sahillərində ABŞ sualtı qayığı tərəfindən hücuma məruz qalıb. Şri-Lanka Hərbi Dəniz Qüvvələrinin gəmiləri hadisə yerinə çataraq 32 yaralı iranlı dənizçini xilas edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax