6 hərbçiyə şəhid statusu verilib

6 hərbçiyə şəhid statusu verilib
29.04.2024 10:41
Aa
dəq

Bilirsiniz ki, üçtərəfli bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov "Vətən müharibəsində itkin düşmüş 6 hərbçinin tapılması üçün hansı işlər görülür" sualına cavab olaraq deyib.

O bildirib ki, hətta valideynlərin istəyi nəzərə alınaraq, onlar da axtarış-araşdırma işlərinə cəlb edilib, lakin aparılan axtarışlar nəticə verməyib və həmin şəxslər itkin düşmüş şəxslər kimi Dövlət Komissiyasında qeydiyyata alınıblar: “Qanunvericiliyin tələblərinə əsasən, onlara artıq şəhid statusu verilib. Buna baxmayaraq, bu məsələ heç vaxt gündəlikdən düşməyib, düşməyəcək də… Həm Vətən müharibəsi dövründə itkin düşən 6 nəfərin, həm Vətən müharibəsindən sonra Laçın istiqamətində itkin düşmüş 2 əsgərimizin taleyinin müəyyən olunması qarşımızda duran əsas vəzifələrdən biridir”.

Həftənin ən çox oxunanları

Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib

Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib
DAVAMIN OXU davamın oxu

Azərbaycan hərbçiləri Türkiyədə xilasetmə əməliyyatı məşqlərini icra ediblər

Azərbaycan hərbçiləri Türkiyədə xilasetmə əməliyyatı məşqlərini icra ediblər
DAVAMIN OXU davamın oxu

Həqiqi hərbi xidmətə çağırış üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi dəyişib

Həqiqi hərbi xidmətə çağırış üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi dəyişib
DAVAMIN OXU davamın oxu

"Anadolu Ankası – 2024": Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

DAVAMIN OXU davamın oxu