Əsas məzmuna keç

Dövlət Sərhəd Xidməti: İrandan ölkəyə narkotik keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti: İrandan ölkəyə narkotik keçirilməsinin qarşısı alınıb

Sərhədçilər tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 35 kiloqramdan çox narkotik vasitə və psixotrop həblər aşkar edilərək götürülüb.

en ru

Dövlət Xidmətinin () məlumatına əsasən, İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin qanunsuz yolla keçirilməsinə cəhd göstərilib. Hadisə DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində baş verib.

Sərhəd axtarışı və əməliyyat-qoşun tədbirləri nəticəsində aşağıdakı qadağan olunmuş maddələr aşkar edilib:

  • 35 kiloqram 200 marixuana;
  • 3000 ədəd psixotrop tərkibli Metadon M-40 həbi.

Faktla bağlı hazırda zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…