Əsas məzmuna keç

İrandan gələn 55 kq narkotik tutuldu

İrandan gələn 55 kq narkotik tutuldu

DSX əməkdaşları sərhəddə külli miqdarda qanunsuz maddə müsadirə ediblər. Qaçaqmalçılıq cəhdinin təfərrüatları və saxlanılanlar barədə rəsmi açıqlama buradadır.

en ru

İrandan Azərbaycana 55 574 qram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Dövlət Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin ərazisində sərhəd axtarışı və tədbirləri keçirilib.

Nəticədə aprel ayının 23-də saat 17:25-də 23 kiloqram 300 qram, aprelin 26-da saat 14:45-də isə 32 kiloqram 274 qram marixuana aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…