Əsas məzmuna keç

28 nəfərin öldüyü gəmi qəzasında AZƏRBAYCANLI İZİ: Çatı ilk görən o olub

28 nəfərin öldüyü gəmi qəzasında AZƏRBAYCANLI İZİ: Çatı ilk görən o olub

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne sahillərində baş verən və 28 nəfərin ölümü ilə nəticələnən "Filo Jet" gəmisi qəzası ilə bağlı...

en ru tr

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne sahillərində baş verən və 28 nəfərin ölümü ilə nəticələnən "Filo Jet" gəmisi qəzası ilə bağlı istintaq davam edir. İstintaq çərçivəsində axtarışda olan gəminin keçmiş işçisi, vətəndaşı S.S. Qazimağusa limanı vasitəsilə ŞKTR-yə keçmək istədiyi zaman saxlanılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” "Sabah" nəşrinə istinadən məlumat verir.

Bildirilir ki, gəminin batmasına səbəb olduğu düşünülən çatı ilk olaraq iyunun 12-də da o görüb və şəklini çəkərək gəminin ikinci kapitanı Merve Nur Seraslana göndərib.

Həmçinin S.S.-in iyul ayında "Filo Jet"dəki vəzifəsindən getdiyi də məlum olub.

Şübhəli bu gün Girne Rayon Məhkəməsi qarşısına çıxarılıb və istintaq çərçivəsində bir gün müddətinə həbsdə qalmasına qərar verilib.

Onun mobil telefonu yoxlanılacaq və gəmidəki çatla bağlı göndərdiyi foto və mesajlar araşdırılacaq.

Qeyd edək ki, Girnə və Türkiyənin Mersin vilayətinin Tasucu limanı arasında hərəkət edən "Filo Jet" adlı sürətli sərnişin gəmisi avqustun 30-da yola düşdükdən qısa müddət sonra batıb. Batan gəmidə Azərbaycan vətəndaşları da olublar. Faktla bağlı başladılan istintaq çərçivəsində üçü Azərbaycan vətəndaşı olmaqla doqquz nəfər həbs edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…