Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiya ilə dialoqun davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, o, rus xalqının gürcü xalqı üçün dəyərli olduğunu vurğulayıb.
"Rusiya qonşu ölkədir və siyasi vəziyyət dəyişsə də, xalqlar dəyişməz olaraq qalır. Dialoq bir sadə səbəbə görə davam etdirilməlidir - rus xalqı bizim üçün əzizdir. Bu, qonşu ölkəmizdir. Hətta Antarktida ərisə belə, biz yenə də qonşu olaraq qalacağıq. Buna görə də dialoq həmişə vacibdir və biz onu qoruyub saxlamalıyıq", - o bildirib.
Baş nazir Gürcüstanın Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Georgi Zurabaşvili ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Moskva və Tbilisidə görüşlərinin keçirilməsini də dəstəkləyib. Bununla belə, görüşlərin növbəli şəkildə təşkil edilməsinin prinsipial əhəmiyyət daşıdığını qeyd edib.
"Görüşlər, əlbəttə ki, həm Moskvada, həm də Tbilisidə keçirilə bilər. Lakin belə bir yanaşma qəbul edilərsə, əsas məsələ görüşlərin hər iki şəhərdə növbə ilə keçirilməsidir", - Kobaxidze vurğulayıb.