Əsas məzmuna keç

Tribunada ölən azarkeşlə bağlı DETALLAR

Tribunada ölən azarkeşlə bağlı DETALLAR

“Sabah” - “Barselona” oyunu zamanı ölən azarkeşlə bağlı yeni təfərrüat məlum olub. Rusiyalı azarkeş “Barselona”nın oyununu canlı izləmək arzusunu həyata...

en ru tr

“Sabah” - “Barselona” oyunu zamanı ölən azarkeşlə bağlı yeni təfərrüat məlum olub.

“Operativ Məlumat Mərkəzi-OMM”“Bakuplus”a istinadən xəbər verir ki, rusiyalı azarkeş “Barselona”nın oyununu canlı izləmək arzusunu həyata keçirmək üçün Bakıya gəlibmiş.

39 yaşlı Petrişev 11 yaşlı oğlu ilə matçı izləməyə gəlib. Oyunun ikinci hissəsində onun qəfil halı pisləşib, huşunu itirib və həkimlər gələnədək dünyasını dəyişib.

Məlumata görə, mərhum Krasnoyarsk diyarının İqarka şəhərindən olan biznesmendir.

Onun həyat yoldaşı və iki azyaşlı övladı qalıb. A.Petrişevin həmçinin Moskvanın “Lokomotiv” klubunun azarkeşi olduğu bildirilir.

Qeyd edək ki, azarkeşin ölümünə ürəktutma səbəb olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…