Pakistan İran–ABŞ danışıqlarının yeni mərhələsi ərəfəsində paytaxtda genişmiqyaslı təhlükəsizlik tədbirləri görüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "Reuters"in rəsmilərə istinadən yaydığı məlumata görə, İslamabad şəhəri üzrə təxminən 20.000 polis, hərbiləşdirilmiş qüvvə və ordu şəxsi heyəti yerləşdirilib.
Bildirilib ki, danışıqların keçiriləcəyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, yaxınlıqda yerləşən bölgələr boşaldılıb və ictimai nəqliyyatın hərəkəti dayandırılıb.
Məlumata görə, bu addımlar ABŞ-nin İranla bağlı son hərbi əməliyyatları və bölgədə artan gərginlik fonunda görülüb. Xüsusilə atəşkəsin davamlılığı və danışıqların baş tutub-tutmayacağı ilə bağlı qeyri-müəyyənliklərin artdığı qeyd olunur.
Rəsmilər vəziyyəti yüksək riskli kimi qiymətləndirərək, təhlükəsizliyin maksimum səviyyədə təmin olunduğunu bildiriblər.