Yaponiyanın Tokio şəhərindən ABŞ-nin Texas ştatının Hyuston şəhərinə uçan sərnişin təyyarənin qapılarını açmağa çalışarkən ekipaj üzvləri və digər sərnişinlər tərəfindən saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Hava limanından məsul olan Federal Təhqiqat Bürosu (FTB) və Seattle Limanı bəyanat yayaraq, təyyarə havada olarkən bir sərnişinin iki çıxış qapısını açmağa çalışdığını bildirib.
Qeyd olunub ki, ekipaj üzvləri və sərnişinlər qapıları açmağa çalışan şəxsi saxlayıblar və təyyarə enmək üçün Sietldəki Seattle-Tacoma Beynəlxalq Hava Limanına yönləndirilib.
Bildirilib ki, enişdən sonra təyyarə yenidən Hyustona getmək üçün havaya qalxıb.