Əsas məzmuna keç

ABŞ hərbi gəmisində elektrik kəsildi, ekipaj üzvləri çətinliklərlə üzləşdi

ABŞ hərbi gəmisində elektrik kəsildi, ekipaj üzvləri çətinliklərlə üzləşdi

Cənubi Çin dənizindəki “USS Benfold” esminesində generator qəzası yaşanıb. 7-ci Donanmanın hərbçiləri bir həftə ərzində hansı kritik problemlərlə qarşılaşıb?

en ru

Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Benfold” esminesinin ötən ay Cənubi dənizində bir neçə gün ərzində tamamilə elektriksiz qaldığı açıqlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci Donanmasının sözçüsü komandir Metyu Komer Cənubi Çin dənizində xidmət aparan “USS Benfold” ilə bağlı açıqlama verib.

Komer bildirib ki, iyulun 24-də generatorlarda yaranan texniki nasazlıq səbəbindən gəmidə enerjisi tamamilə kəsilib.

Onun sözlərinə görə, üzvləri bir neçə gün ərzində içməli su, qida, tualet və kondisionerlə bağlı ciddi çətinliklərlə üzləşib.

Bununla belə, hadisə zamanı heç bir hərbçinin xəsarət almadığı qeyd olunub.

Komer qeyd edib ki, Filippindəki limanlardan birinə aparılan gəmiyə elektrik enerjisi yalnız iyulun 30-da bərpa olunub. Gəmi bir həftə sonra yenidən əməliyyatlara başlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…