Əsas məzmuna keç

Ukraynanın Lvov şəhəri raket atəşinə tutulub

Ukraynanın Lvov şəhəri raket atəşinə tutulub

Ukraynanın Lvov şəhərinin hərbçiləri tərəfindən atəşinə tutulması nəticəsində binalarına ziyan dəyib, pəncərələrin şüşələri sınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Lvov şəhərinin başçısı Sadovoy bildirib.

Onun sözlərinə görə, raketlərin bəziləri şəhərə düşüb. Xəsarət alanlar barədə hələ ki məlumat yoxdur.

Bildirilib ki, fevralın 15-də saat 5 radələrində Murmansk vilayətindəki Olenya hərbi aerodromundan altı “Tu-95” strateji bombardmançı təyyarəsi havaya qalxıb.

Təxminən səhər saat 5-də bir sıra bölgələrdə hava hücumu xəbərdarlığı elan edilib və sonradan Ukraynanın bütün ərazisinə yayılıb. Hərbi Hava Qüvvələri Rusiyanın Qara dənizdən “Kalibr” raketlərini buraxdığını bildirib.

Məlumata əsasən, səhər saat 8-dən sonra Kiyevdə partlayışlar baş verib. Dnepr və Zaporojyedə də yüksək səslə hava hücumundan müdafiə əməliyyatları aparıldığı bildirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…