Əsas məzmuna keç

Rusiya Ukraynanın üç vilayətinə hücum edib, 4 nəfər ölüb, 56 nəfər xəsarət alıb

Rusiya Ukraynanın üç vilayətinə hücum edib, 4 nəfər ölüb, 56 nəfər xəsarət alıb

Rusiya Ukraynanın Zaporojye, Xerson və Xarkov vilayətlərinə hücum edib, nəticədə 4 nəfər ölüb, 56 nəfər yaralanıb.Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"...

en ru

Ukraynanın , və Xarkov vilayətlərinə hücum edib, nəticədə 4 nəfər ölüb, 56 nəfər yaralanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" mediasına istinadən xəbər verir.

Zaporojye Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun sözlərinə görə, ötən sutka ərzində Rusiya qoşunları regionun 48 yaşayış məntəqəsinə 605 zərbə endirib. Hücumlar nəticəsində 2 nəfər həlak olub, daha 36 nəfər yaralanıb.

Bildirilib ki, yaşayış yerlərinin, avtomobillərin və infrastruktur obyektlərinin zərər gördüyü barədə 259 məlumat daxil olub.

Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin qeyd edib ki, Rusiya hərbçiləri Xersonda mərkəzi hissəsində pilotsuz uçuş aparatı ilə taksiyə hücum ediblər. İlkin məlumatlara görə, iki nəfər həlak olub, daha beş nəfər yaralanıb.

Öz növbəsində, Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, ötən sutka ərzində Rusiya qoşunları vilayətin 20 yaşayış məntəqəsinə zərbələr endirib, 15 nəfər xəsarət alıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…