Əsas məzmuna keç

Sibiqa Ukrayna-Rusiya-Türkiyə-ABŞ liderlərinin mümkün görüşünü anons edib

Sibiqa Ukrayna-Rusiya-Türkiyə-ABŞ liderlərinin mümkün görüşünü anons edib

Andrey Sibiqa Zelenski, Putin, Ərdoğan və Donald Trampın iştirakı ilə zirvə görüşünə hazır olduqlarını bildirdi. Antalya Forumunda verilən sülh mesajının detalları:

en ru

Ukraynanın naziri Andrey Sibiqa və ABŞ prezidentlərinin iştirakı ilə liderlər səviyyəsində ilə görüşə hazır olduqlarını təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə nazir Antalya Diplomatiya Forumunda bildirib.

"Biz liderlər səviyyəsində görüşün təşkili məsələsində türkiyəli dostlarımıza güvənirik. Buna görə də bu görüşə hazırıq. Həmçinin Türkiyədə. Mən Prezidenti Volodimir Zelenski, Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib və ola bilsin, ABŞ Prezidenti Donald Tramp arasında görüşü nəzərdə tuturam. Ukrayna Prezidentinin son səfəri zamanı biz bu mesajı türkiyəli dostlarımıza çatdırdıq", – Sibiqa bildirib.

O həmçinin vurğulayıb ki, Türkiyə sülh səylərində çox mühüm rol oynayır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…