Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı əks-hücum əməliyyatlarında əldə olunan nəticələrə görə orduya təşəkkür edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlət başçısı bu barədə yayımladığı video müraciətdə bildirib.
Zelenski qızğın döyüşlərin getdiyi bölgələrdəki rəhbər şəxslərlə daim əlaqəda olduğunu vurğulayıb.
Ukrayna lideri həmçinin, Kaxovka SES-nin bəndinin dağıdılmasına görə bir daha Rusiya tərəfini ittiham edib.
Prezident baş verənlərin Rusiya ordusu tərəfindən şüurlu şəkildə həyata keçirildiyini diqqətə çatdırıb
Xatırladaq ki, 3 gün əvvəl Xerson vilayətində yerləşən Kaxovka su elektrik stansiyasının bəndi dağıdılıb. Rusiya mediasının yaydığı məlumata görə, vilayətin 600 kv km sahəsini su basıb, 14 min ev isə su altında qalıb.
Ukraynanın cənub əməliyyat komandanlığı hadisəyə görə Rusiya ordusunu ittiham edib. Səsləndirilən ittihamları rədd edən Rusiya tərəfi isə öz növbəsində, Kaxovka SES-ə Ukrayna ordusunun atəş açdığını bildirib.
Ukrayna prezidenti orduya təşəkkür edib
Oxşar xəbərlər
Avropa xəbərləri
Ukrayna Rusiyanın logistika mərkəzlərinə zərbələr endirdi
Avropa xəbərləri
Yunanıstanda açıq havada işləmək müvəqqəti qadağan edildi
Avropa xəbərləri
NATO-da Zelenskinin qərarı təəccüblə qarşılandı
Avropa xəbərləri
Aİ və Ukrayna arasında dron istehsalı ilə bağlı yeni saziş imzalandı
Eyni mövzuda
Daha çox: Avropa xəbərləri
Avropa xəbərləri
Avropa İttifaqı Ermənistanda yeni missiya yaradır: Məqsəd nədir?
Avropa xəbərləri
Avropa Komissiyası Ukraynanın dron istehsalına dəstəyi artırır
Avropa xəbərləri
Ankarada NATO sammiti: Müdafiə xərcləri və yeni hədəflər müzakirə olunacaq
Avropa xəbərləri