Əsas məzmuna keç

Trampdan Putinə mesaj: "Müharibə bitməlidir"

Trampdan Putinə mesaj: "Müharibə bitməlidir"

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündən sonra Rusiya liderinə müraciət ünvanlayıb.

en ru

ABŞ Prezidenti ilə keçirdiyi görüşün yekunlarına dair lideri Vladimir Putinə mesaj göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Reuters" agentliyinə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri münaqişənin dayandırılmasının zəruriliyini vurğulayıb.

Tramp bəyanatında Putinə ünvanlanan əsas fikrin müharibənin sona çatması olduğunu qeyd edib.

O, Zelenski ilə görüşünü yüksək qiymətləndirərək bildirib:

"Putinə mesajım budur ki, müharibə bitməlidir. Hesab edirəm ki, Zelenski ilə görüşümüz çox uğurlu keçdi. Hamı bu münaqişənin başa çatmasını istəyir".

Qeyd edək ki, Ukrayna Prezidenti yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu (WEF) çərçivəsində ABŞ rəhbəri ilə bir araya gəlib. Ukrayna tərəfi müzakirə olunan məsələlərin təfərrüatlarını açıqlamasa da, tərəflərin sülh perspektivlərinə toxunduğu məlumdur.

Eyni zamanda, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ukrayna böhranının nizamlanması üzrə danışıqların artıq həlledici mərhələyə qədəm qoyduğunu bildirib. O, prosesin gedişatı ilə bağlı nikbin olduğunu ifadə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…