ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehranın İranın nüvə proqramı ilə bağlı razılığa gəlməyə yaxın olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Amerika lideri bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Düşünürəm ki, bizim İranla razılaşmaq şansımız var. Onlar bombalanmaq istəmirlər, daha çox razılaşma əldə etmək istəyirləe", - Tramp deyib.
ABŞ lideri sazişin yaxın vaxtlarda imzalana biləcəyi fikrini ifadə edib. Tramp vurğulayıb ki, ölkələr bütün Yaxın Şərqi bombalamadan bu razılığa gələ bilsələr, “gözəl olardı”.