Əsas məzmuna keç

Su çənində qalan vətəndaş belə xilas edildi - VİDEO

Su çənində qalan vətəndaş belə xilas edildi - VİDEO

məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.

Hadisə yerində qiymətləndirilərkən müəyyən olunub ki, fərdi yaşayış evində dərinliyi 2, diametri 1,5 metr olan su çəninin içində aparıb və geriyə çıxa bilməyərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə su çəninin içində köməksiz vəziyyətdə qalan vətəndaş 1986-cı il təvəllüdlü T.Məmmədov xilas edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…