Əsas məzmuna keç

Hövsanda açıq ərazidə yanğın baş verib

Hövsanda açıq ərazidə yanğın baş verib

Suraxanı rayonunda baş verən alovla mübarizəyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti cəlb olunub. Güclü külək çətinlik yaratsa da, işlər davam edir.

en ru

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…