Operativ Məlumat Mərkəzi

Paşinyan Cənubi Qafqazda sülhü dini tolerantlıqla əlaqələndirib

1 dəq
Paylaş:
Paşinyan Cənubi Qafqazda sülhü dini tolerantlıqla əlaqələndirib
o, bu barədə Vaşinqtonda keçirilən 5-ci Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində deyib. "Xoşbəxtlikdən, siyasi və etnik fərqliliklərə baxmayaraq,...

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, dini tolerantlıq Cənubi Qafqaz regionunun sabitliyi üçün vacibdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə Vaşinqtonda keçirilən 5-ci Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində deyib.

"Xoşbəxtlikdən, siyasi və etnik fərqliliklərə baxmayaraq, regionumuzda yaxşı dini tolerantlıq və hörmət ənənəsi var ki, bu da Cənubi Qafqazda davamlı sülh və sabitliyi daha real edir. Biz regional mübahisələrimizi regional dialoqa çevirəcəyimizə ümid edirik", - deyə Paşinyan bilfirib.

Paşinyan əlavə edib ki, dini etiqad azadlığı Ermənistanda demokratiyanın çox mühüm hissəsidir və ölkədə təkcə Erməni Apostol Kilsəsi deyil, digər dini təşkilatlar və sektalar da sərbəst fəaliyyət göstərir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər