Əsas məzmuna keç

Paşinyan: "Xalqın qərarını qəbul edəcəyəm"

Paşinyan: "Xalqın qərarını qəbul edəcəyəm"

Nikol Paşinyan Araratın Verin Artaşat kəndində 2026 seçkiləri və Azərbaycanla sülh prosesindən danışdı. Hökumət rəhbəri büdcəni talayanlara kəskin xəbərdarlıq etdi.

en ru

Ermənistanın Nikol bildirib ki, onun üçün əsas məsələ özünün seçilməsi deyil, xalqın kimin baş nazir olacağına qərar verməsidir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, tətildə olan baş naziri bu fikirləri seçki kampaniyası çərçivəsində Ararat bölgəsinin Verin Artaşat kəndində vətəndaşlarla görüşü zamanı səsləndirib.

Paşinyan bildirib ki, dövlət büdcəsindən bir qəpik belə mənimsəyən hər kəsi şəxsi düşməni hesab edir.

“Dövlət büdcəsindən bir qəpik götürmək onu xalqdan almaq deməkdir. Dövlət sizsiniz, Ermənistan Respublikasının sahibi və lideri sizsiniz. Baş nazir isə sadəcə işçidir və kimin baş nazir olacağına siz qərar verirsiniz”, - deyə o bildirib.

O qeyd edib ki, xalq gələcəkdə onun baş nazir olmamasına qərar verərsə, bu qərarı qəbul edəcək.

“Ən vacib məsələ mənim baş nazir seçilməyim deyil. Mənim üçün əsas olan xalqın həmişə və əbədi olaraq kimin baş nazir olacağına qərar verməsidir”, - deyə Paşinyan vurğulayıb.

Baş nazir həmçinin Ermənistan və arasında sülhün bərqərar olması münasibətilə vətəndaşları təbrik edib.

Onun sözlərinə görə, 2026-cı il seçkilərinin əsas məsələsi xalqın sülh uğrunda mübarizə aparıb-aparmayacağı olacaq.

Paşinyan bildirib ki, ölkənin müstəqilliyi, rifahı və sabitliyi məhz sülhlə təmin oluna bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…