Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Nikol Paşinyan: Ermənistanda səslər saxtalaşdırılmayacaq

2 dəq
Paylaş:
Nikol Paşinyan: Ermənistanda səslər saxtalaşdırılmayacaq

Respublikasının Nikol bildirib ki, 7 iyunda Ermənistanda keçiriləcək seçkilərində qalib gələcək xalq olacaq, çünki bu dəfə səsvermədə xalqın səsi saxtalaşdırılmayacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Nikol Paşinyan seçki kampaniyasında iştirak etmək üçün məzuniyyətdə olduğu müddətdə Armavir vilayətinin Parakar kəndində vətəndaşlarla görüşündə çıxış edib.

O bildirib ki, nəticədən asılı olmayaraq, Ermənistanda keçiriləcək növbəti parlament seçkilərində xalq qalib gələcək, çünki vətəndaşların səsi oğurlanmayacaq və təhrif edilməyəcək. seçiciləri 7 iyun 2026-cı ildə seçki məntəqələrinə gedərək öz ali hakimiyyətlərini müdafiə etməyə çağırıb.

Nikol Paşinyan həmçinin qeyd edib ki, seçkilərdə əsas mesaj sülh mövzusudur: “Ermənistanda sülh bərqərar olub və bizim vəzifəmiz bu sülhü qorumaqdır”.

Qeyd edək ki, mayın 8-də Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkiləri ilə bağlı seçki kampaniyası başlayıb və iyunun 5-dək davam edəcək. Seçkilərdə 19 siyasi qüvvə — 2 blok və 17 partiya iştirak edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax