Əsas məzmuna keç

Nazirlik Müsavatı qeydiyyata almadı

Nazirlik Müsavatı qeydiyyata almadı

bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib. Onun sözlərinə görə, nazirlik Müsavata 30 gün vaxt verib. "Bizə göndərilən məktubda qeyd edilir...

"Ədliyyə Nazirliyindən partiyanın yenidən qeydiyyatı ilə bağlı cavab aldıq".

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bunu Partiyasının başqanı Arif Hacılı bildirib.

Onun sözlərinə görə, Müsavata 30 gün vaxt verib.

"Bizə göndərilən məktubda qeyd edilir ki, təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir, 250 nəfər zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkralanıb. Bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilir.

Partiya üzvləri haqqında məlumatda hansı qüsurların olması, telefon nömrəsi olmayan və ya şəxsi məlumat kimi şəxsi telefon nömrəsini verməmək hüququndan istifafə edənlərlə bağlı məsələləri hüquq müstəvisində müzakirə edib, həll edəcəyik.

Bu da yetərli olmasa, daha bir neçə min Müsavat üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq", - deyə Arif Hacılı qeyd edib.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…