Operativ Məlumat Mərkəzi

"Mançester Siti" gənc ulduz ilə maraqlanır

1 dəq
Paylaş:
"Mançester Siti" gənc ulduz ilə maraqlanır
17 yaşlı futbolçunu uzun müddətdir ki, Avropa futbolunun nəhəngləri izləyir. "River Pleyt" futbolçu üçün 45 milyon avro istəyir. Franko Mastantuononun...

"Mançester Siti" argentinalı futbolçu Franko Mastantuononu transfer etməyə hazırlaşır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı futbolçunu uzun müddətdir ki, Avropa futbolunun nəhəngləri izləyir.

"River Pleyt" futbolçu üçün 45 milyon avro istəyir.

Franko Mastantuononun "River Pleyt"lə müqaviləsi gələn ilin sonuna qədər nəzərdə tutulub və "Transfermarkt" mütəxəssisləri argentinalının dəyərini 15 milyon avro qiymətləndirirlər.

Bu mövsüm gənc hücumameyilli yarımmüdafiəçi komandasının heyətində 11 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər