Əsas məzmuna keç

AKTA regionlarda kibertəhlükəsizliklə bağlı qiymətləndirmə aparıb

AKTA regionlarda kibertəhlükəsizliklə bağlı qiymətləndirmə aparıb

"Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyi "Regionlarda kibertəhlükəsizlik məsələri" layihəsi üzrə pilot sorğu...

en ru

" Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyi "Regionlarda kibertəhlükəsizlik məsələri" layihəsi üzrə keçirib.

“Operativ Məlumat Mərkəzi-OMM” AKTA-ya istinadən xəbər verir ki, sorğu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin köməyi ilə baş tutub.

Sorğunun nəticələrinə əsasən respondentlərin yalnız 45 %-i şübhəli zəng və ya mesaj zamanı hara müraciət etməli olduğunu bilir.

Pilot qiymətləndirmə 4 ərazidə, 730 respondent arasında aparılıb.

Bildirilib ki, ümumi indeksi 69 %, orta bal 12,42 (maksimal 18) təşkil edib. Xəzər (Bakı) regionu üzrə göstərici 74 %-ə, Mingəçevir – 73 %-ə, Saatlı – 65,5 %-ə, İmişli – 62 %-ə bərabər olub. Beləliklə regionlar üzrə fərq 12 % bəndi təşkil edib.

İkili autentifikasiya üzrə düzgün cavab indeksi 21,7 %, ümumi aşağı hazırlıq səviyyəsi 21,4 %, region üzrə ən yüksək aşağı hazırlıq payı 33,6 % (bəzi regionlarda 40%-ə yaxın) olub.

İnternetdən heç istifadə etməyənlər üzrə indeks 49 %, 60+ yaş qrupu üzrə indeks 42 % səviyyəsində qərarlaşıb.

Maarifləndirmə kanalları üzrə telefonla izah indeksi 36,8 %, televiziya – 21,5 %, bank/xidmət əməkdaşı – 16,7 % təşkil edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…