Əsas məzmuna keç

"Barselona"da Bernardu Silvanın mümkün rolu məlum olub

"Barselona"da Bernardu Silvanın mümkün rolu məlum olub

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silvanın Kataloniya klubuna ehtimal olunan transferi və komandadakı rolu barədə yeni detallar ortaya çıxıb.

ru en

""nin futbolçusu Bernardu Silvanın ""ya ehtimalı gündəmdədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı oyunçunun Kataloniya təmsilçisinə qoşulmaq üçün böyük nümayiş etdirdiyi bildirilir.

"Barselona" rəhbərliyi təcrübəli yarımmüdafiəçini orta xətdə Pedrinin əvəzləyicisi kimi nəzərdən keçirir. Bu səbəbdən, 31 yaşlı futbolçunun əsas heyətdə daimi yer almayacağı və daha çox rotasiya oyunçusu olacağı ehtimal edilir.

Bu mövsüm Silva Xosep Qvardiolanın rəhbərliyi altında bütün turnirlərdə ümumilikdə 47 oyuna çıxıb.

Meydanda olduğu müddətdə o, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, mövsümün sonunda Bernardu azad agent statusu qazanaraq klubu təmənnasız tərk edə biləcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…