Portuqaliyalı futbolçu Bernardu Silva karyerasını hansı klubda davam etdirəcəyinə qərar verib.
"Operativ Məlumat Mərkəzi-OMM" "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti"nin təcrübəli yarımmüdafiəçisi bu yay müqavilə müddəti başa çatdıqdan sonra komandanı tərk edəcək və onunla yeni müqavilə imzalanmayacaq.
Azad agent statusu alacaq futbolçu yeni klubunu sərbəst şəkildə seçmək imkanına malik olacaq.
Portuqaliyalı oyunçu artıq qərarını verib və o, Kataloniyanın "Barselona" klubuna keçmək niyyətindədir.