Operativ Məlumat Mərkəzi

"İsrailin İrana hücumları səngiməyəcək"

1 dəq
Paylaş:
"İsrailin İrana hücumları səngiməyəcək"

ABŞ prezidenti Donald Tramp İsrailin İrana qarşı davam edən hücumlarının səngiməyəcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Kanadada keçirilən G7 Liderlər Sammitindən qayıdan Tramp "Air Force One" telekanalında jurnalistlərə açıqlama verib.

O bildirib ki, İranın nüvə sazişinə son verməsini istəyir.

Tramp, İranın nüvə silahı planlarından tamamilə imtina etməsini və bunun son tələb olduğunu bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər