Operativ Məlumat Mərkəzi

Tramp Milli Təhlükəsizlik Şurası ilə İranı müzakirə edəcək

1 dəq
Paylaş:
Tramp Milli Təhlükəsizlik Şurası ilə İranı müzakirə edəcək
bununla bağlı xarici KİV məlumat yayıb.Bildirilib ki, Tramp İran hakimiyyətinin ölkədəki kütləvi etirazların iştirakçılarına qarşı güc tətbiq etməsi ilə...

ABŞ Prezidenti Donald Tramp İrana qarşı əlavə tədbirləri müzakirə etmək üçün 13 yanvarda Milli Təhlükəsizlik Şurasının üzvləri ilə görüşəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Tramp İran hakimiyyətinin ölkədəki kütləvi etirazların iştirakçılarına qarşı güc tətbiq etməsi ilə əlaqədar olaraq İrana qarşı bir sıra mümkün hərbi tədbirlər variantlarını nəzərdən keçirir.

Qeyd olunub ki, Trampın nəzərdən keçirdiyi variantlara İrana qoşun göndərilməsi daxil deyil.

Qeyd edək ki, bir gün əvvəl İrandakı etirazlar fonunda Tramp İran xalqını dəstəkləməyə hazır olduğunu bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər