Operativ Məlumat Mərkəzi

"Yalnız Qrenlandiya xalqının öz gələcəyini müəyyən etmək hüququ var"

2 dəq
Paylaş:
"Yalnız Qrenlandiya xalqının öz gələcəyini müəyyən etmək hüququ var"
bu sözləri Danimarkanın ABŞ-dəkı səfiri Jesper Moller Sorensen deyib.“Danimarka Krallığı həmişə ABŞ ilə çiyin-çiyinə dayanıb. 2001-ci il 11 sentyabr...

"Qrenlandiya əsrlər boyu Danimarka Krallığının bir hissəsi olub və bu, Amerika administrasiyaları, BMT və beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə tanınıb".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Danimarkanın ABŞ-dəkı səfiri Jesper Moller Sorensen deyib.

“Danimarka Krallığı həmişə ABŞ ilə çiyin-çiyinə dayanıb. 2001-ci il 11 sentyabr hücumlarından sonra ABŞ-nin çağırışına cavab verdik. Adambaşına düşən əsgər sayına görə digər NATO ölkələrindən daha çox əsgər itirmişik. Faktlar da vacibdir: əsrlər boyu Qrenlandiya Krallığın bir hissəsi olub və bu, Amerika administrasiyaları, BMT və beynəlxalq səviyyədə dəfələrlə qəbul edilib. Yalnız Qrenlandiya xalqının öz gələcəyini müəyyən etmək hüququ var. Qrenlandiyalıların əksəriyyəti Krallıq daxilində muxtariyyətlərini qoruyub saxlamağa səs verib. Qrenlandiya parlamentindəki beş partiyanın hamısı adanın ABŞ-nin bir hissəsi olmasına qarşı olduqlarını bir daha təsdiqləyiblər”, - o qeyd edib.

Səfir əlavə edib ki, Danimarka, Qrenlandiya və ABŞ son 80 ildir ki, Arktika təhlükəsizliyi sahəsində uğurla əməkdaşlıq edirlər və tərəfdaş və müttəfiq kimi Arktika təhlükəsizlik problemlərini həll etmək üçün səylərin davam etdirilməsinə çağırıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər