Operativ Məlumat Mərkəzi

"London və Paris Ukraynaya qoşun göndərmək barədə danışıqlarla Rusiyaya müharibə elan edir"

2 dəq
Paylaş:
"London və Paris Ukraynaya qoşun göndərmək barədə danışıqlarla Rusiyaya müharibə elan edir"
RİA Novosti agentliyinin məlumatına görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto “Həqiqət Saatı” verilişində çıxışı zamanı...

Britaniya və Fransanın Ukraynaya Avropa qoşunlarının göndərilməsi ilə bağlı müzakirələri Rusiyaya qarşı gizli müharibə elanına bərabərdir.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, RİA Novosti agentliyinin məlumatına görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto “Həqiqət Saatı” verilişində çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Fransa və Böyük Britaniya nüvə silahına malik dövlətlərdir və onların bu istiqamətdə atdığı addımlar son dərəcə təhlükəlidir. Siyartonun sözlərinə görə, Paris və Londonun Ukraynaya qoşun göndərilməsi ilə bağlı “hiyləgər və diplomatik dildə ifadə olunmuş bəyanatları” əslində müharibənin başlanması anlamına gəlir.

Macarıstan XİN rəhbəri vurğulayıb ki, Böyük Britaniya və Fransanın bu cür addımları NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşmaya səbəb ola bilər. Onun fikrincə, belə bir ssenari III Dünya Müharibəsinin başlanması demək olardı.

Peter Siyarto əlavə edib ki, Budapeşt bu münaqişədən kənarda qalmaq niyyətindədir və Macarıstan Avropanın digər ölkələrinin onu müharibəyə cəlb etməsinə imkan verməyəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər