Operativ Məlumat Mərkəzi

İsrail Qəzzadakı hökumətin Media Ofisini bombalayıb

1 dəq
Paylaş:
İsrail Qəzzadakı hökumətin Media Ofisini bombalayıb
Qəzza Media Ofisi məlumat yayıb. Məlumatda binaların atəşə tutulmasının Təl-Əviv rəhbərliyinin Qəzza hökumətini qorxutmaq, İsrailin qadın və uşaqlara...

İsrail ordusu Qəzzada hökumətin Media Ofisinin qərargahını və ona bağlı mətbuat təşkilatını bombalayıb

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qəzza Media Ofisi məlumat yayıb.

Məlumatda binaların atəşə tutulmasının Təl-Əviv rəhbərliyinin Qəzza hökumətini qorxutmaq, İsrailin qadın və uşaqlara qarşı cinayətlərinin ictimaiyyətlə paylaşılmasının qarşısını almaq və həqiqəti ört-basdır etmək üçün həyata keçirdiyi əbəs cəhd oladuğu qeyd olunub.

Yazılı açıqlamada həmçinin, bütün media qurumları, mətbuat birlikləri, insan haqları təşkilatları və hüquqi qurumlar Fələstin mətbuatı və mediasına qarşı davam edən bu cinayətləri pisləməyə çağırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər