Operativ Məlumat Mərkəzi

İraqda bərpa olunan hava limanının açılışı oldu

1 dəq
Paylaş:
İraqda bərpa olunan hava limanının açılışı oldu
bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, açılış mərasimində Baş nazir Məhəmməd Şiya əs-Sudani, Müdafiə naziri Sabit Abbasi və Mosul valisi...

İraqda bərpası tamamlanan Beynəlxalq Mosul Hava Limanının açılışı həyata keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, açılış mərasimində Baş nazir Məhəmməd Şiya əs-Sudani, Müdafiə naziri Sabit Abbasi və Mosul valisi Əbdülqədir Daxil iştirak ediblər.

Sudani bildirib ki, Mosul Hava Limanı 2 ay sonra tam fəaliyyətə başlayacaq.

Bu hava limanı, Bağdad, Bəsrə, Nəcəf, Kərkük, Süleymaniyyə və Ərbildən sonra İraqda istifadəyə verilən yeddinci hava limanı olub.

Mosul Hava Limanı 1920-ci illərdə ingilislər tərəfindən hərbi hava limanı kimi inşa edilmişdi. Daha sonra mülki uçuşlara açılan bu liman uzun illər fəaliyyətsiz qalmışdı. ABŞ qüvvələri 2003-cü ildə İraqı işğal edərkən bu hava limanından hərbi baza kimi istifadə etmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər