Əsas məzmuna keç

Yaponiya Baş naziri Cənubi Koreyada: Kritik görüş başladı

Yaponiya Baş naziri Cənubi Koreyada: Kritik görüş başladı

Sanae Takaiçi və Li Çje Myonq Andonqda bir araya gəlir. Şimali Koreya, iqtisadi təhlükəsizlik və Tramp-Si Cinpin görüşü masadadır. Bəs tərəflər nəyi hədəfləyir?

en ru

Yaponiyanın Sanae Takaiçi mayın 19-da Cənubi Koreyaya səfər edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Məlumata görə, hökumət başçısı səfər çərçivəsində Prezidenti Li Çje Myonq ilə görüşəcək. Görüşün prezidentin doğulduğu Andonq şəhərində keçirilməsi planlaşdırılır.

Bildirilir ki, Sanae Takaiçinin təhlükəsizliyinin təmin olunması məqsədilə və ətrafına təxminən 170 polis əməkdaşı cəlb olunub, həmçinin 40 patrul avtomobili və motosiklet xidmət aparıb.

Qeyd olunub ki, tərəflər ikitərəfli münasibətlərlə yanaşı, və Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla regional məsələləri müzakirə edəcəklər.

Yaponiya hökumət rəsmilərinin sözlərinə görə, görüşdə iqtisadi təhlükəsizlik məsələləri, xüsusilə də minerallar üzrə dayanıqlı təchizat zəncirlərinin qurulması mövzusu da gündəmdə olacaq.

Liderlərin, həmçinin Çin Prezidenti Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında ötən həftə Pekində keçirilən görüş ətrafında fikir mübadiləsi aparacaqları gözlənilir.

Görüşdən sonra Sanae Takaiçi və Li Çje Myonq mətbuata birgə bəyanat verəcək, daha sonra isə qala şam yeməyində iştirak edəcəklər.

Yaponiya Baş nazirinin mayın 20-si səhər saatlarında ölkəsinə qayıdacağı bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…