Əsas məzmuna keç

İraqda bərpa olunan hava limanının açılışı oldu

İraqda bərpa olunan hava limanının açılışı oldu

İraqda bərpası tamamlanan Beynəlxalq Mosul Hava Limanının açılışı həyata keçirilib. Bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, açılış...

İraqda bərpası tamamlanan Beynəlxalq Mosul Hava Limanının açılışı həyata keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, mərasimində Məhəmməd Şiya əs-Sudani, Sabit Abbasi və Mosul valisi Əbdülqədir Daxil iştirak ediblər.

Sudani bildirib ki, Mosul 2 ay sonra tam fəaliyyətə başlayacaq.

Bu hava limanı, Bağdad, Bəsrə, Nəcəf, Kərkük, Süleymaniyyə və Ərbildən sonra İraqda istifadəyə verilən yeddinci hava limanı olub.

Mosul Hava Limanı 1920-ci illərdə ingilislər tərəfindən hərbi hava limanı kimi inşa edilmişdi. Daha sonra mülki uçuşlara açılan bu liman uzun illər fəaliyyətsiz qalmışdı. qüvvələri 2003-cü ildə İraqı işğal edərkən bu hava limanından hərbi baza kimi istifadə etmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…