Operativ Məlumat Mərkəzi

İranın iki sərhədçisi Pakistanla sərhəddə baş verən qəzada ölüb

1 dəq
Paylaş:
İranın iki sərhədçisi Pakistanla sərhəddə baş verən qəzada ölüb
bu barədə Sistan və Bəlucistan Sərhəd Mühafizəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb. Məlumata görə, bölgədəki əlverişsiz hava şəraiti, duman...

İranın Sistan-Bəlucistan bölgəsində yol-nəqliyyat hadisəsi nəticəsində iki sərhədçi həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" İran mediasına istinadən xəbər verir ki, bu barədə Sistan və Bəlucistan Sərhəd Mühafizəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Məlumata görə, bölgədəki əlverişsiz hava şəraiti, duman və görüş məsafəsinin azalması səbəbindən sərhəd mühafizəsinə məxsus avtomobil digər bir nəqliyyat vasitəsi ilə toqquşub.

Pakistanla sərhəddə baş verən qəzada rütbələri baş çavuş olan iki sərhədçi həyatını itirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər