Əsas məzmuna keç

ABŞ-də şiddətli fırtına: 1 milyondan çox insan işıqsız qalıb

ABŞ-də şiddətli fırtına: 1 milyondan çox insan işıqsız qalıb

Birləşmiş Ştatlarda tüğyan edən qış fırtınası genişmiqyaslı elektrik kəsintilərinə və nəqliyyatın iflic olmasına səbəb olub.

ru en

ABŞ-də baş verən şiddətli qış fırtınası ölkənin böyük bir hissəsində həyatı iflic edib.

"Operativ Məlumat Mərkəzi-OMM" "PowerOutage.us" portalına istinadən xəbər verir ki, Texasdan şərqə doğru uzanan geniş ərazidə 1 milyondan çox abunəçi işıqsız qalıb.

Sinoptiklər fırtınanın ölkənin şərq hissəsinə doğru irəliləyəcəyi və rekord dərəcədə soyuq temperaturların müşahidə olunacağı barədə xəbərdarlıq ediblər.

Milli Hava (NWS) buzlanma və şaxtalı hava şəraitinin bəzi bölgələrdə "fəlakətli təsirlərə" yol aça biləcəyini bəyan edib.

ABŞ Prezidenti Donald Tramp fırtınanı "tarixi" adlandıraraq Cənubi Karolina, Virciniya, Tennessi və digər 9 ştatda federal fövqəladə vəziyyət elan olunmasını təsdiqləyib.

"Truth Social" hesabında vətəndaşları qaydalarına əməl etməyə və isti qalmağa çağırıb.

Daxili Təhlükəsizlik Departamenti (DHS) vətəndaşlara yanacaq və qida ehtiyatı toplamağı tövsiyə edib. Hazırda briqadaları enerjisinin bərpası istiqamətində gücləndirilmiş iş rejimində çalışırlar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…