Operativ Məlumat Mərkəzi

Husilər bir ay yarımda 200 milyon dollar dəyərində ABŞ PUA-nı vurublar

2 dəq
Paylaş:
Husilər bir ay yarımda 200 milyon dollar dəyərində ABŞ PUA-nı vurublar
bu barədə “Associated Press” agentliyi xəbəri ABŞ Müdafiə Nazirliyinin mənbələrinə istinadən yayıb. Rəsmilər keçən həftə üç Amerika pilotsuz təyyarəsinin...

Yəməndəki ( hərəkatı) son altı həftə ərzində ümumi 200 milyon olan yeddi "Raeper" PUA-nı vurub.

Bu, ABŞ ordusunun yaraqlılara qarşı əməliyyatında verdiyi ən ağır itkilərdən biri hesab olunubş

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Associated Press” agentliyi xəbəri ABŞ Müdafiə Nazirliyinin mənbələrinə istinadən yayıb.

Rəsmilər keçən həftə üç Amerika pilotsuz təyyarəsinin vurulduğunu bildiriblər. Onlar qeyd ediblər ki, mövcud şəraitdə hava əməliyyatının genişləndirilməsi ABŞ Hərbi Hava Qüvvələrinin avadanlıqları üçün riskləri artıra bilər.

Mənbələr bildirir ki, bu qədər sayda pilotsuz təyyarənin məhv edilməsi husilərin Amerika hücumlarına qarşı mübarizə üsullarını təkmilləşdirdiyini göstərir. Eyni zamanda, onlar “Ənsarullah”a qarşı əməliyyatın indiyədək uğurla keçdiyini düşünürlər.

Pentaqon daha əvvəl husilərin komandanlıq mərkəzlərinə, silah anbarlarına və istehsalat obyektlərinə, hava hücumundan müdafiə mövqelərinə və şəxsi heyətin toplaşdığı ərazilərə ümumilikdə 800 hücum təşkil etdiyini bildirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax