Operativ Məlumat Mərkəzi

FHN-in bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüş edib

1 dəq
Paylaş:
FHN-in bir qrup əməkdaşı “Heydər zirvəsi”nə yürüş edib
Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər zirvəsi”nə yürüş edib. Bu...

Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Ümummilli Heydər Əliyevin 100 yubileyi münasibətilə “Heydər zirvəsi”nə edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-in Xidmətindən məlumat verilib.

Bildirilib ki, yürüş iştirakçıları Xınalıq kəndindən hərəkətə başlayaraq, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə sərt və mürəkkəb relyefə malik “Heydər zirvəsi”nə qalxaraq, Ulu Öndərin unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünü əks etdirən xatirə lövhəsi zirvəyə yerləşdirilib və Azərbaycanın Dövlət Bayrağı ilə bərabər FHN-in rəmzi olan bayraq zirvədə dalğalandırılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax