Əsas məzmuna keç

Danimarkada Quran və türk bayrağına hücum

Danimarkada Quran və türk bayrağına hücum

Türkiyədə prezident seçkiləri və 28-ci parlament seçkiləri çərçivəsində Danimarkada dünən səsvermə prosesi başlayarkən, səs vermək üçün səfirliyə gələn...

Danimarkadakı " Gar Live" ( Live) adlı marjinal qrupun islamofob və ultra-millətçi bir üzvü Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında yenidən Türkiyə bayrağı və Qurana hücum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə və 28-ci parlament seçkiləri çərçivəsində Danimarkada dünən səsvermə prosesi başlayarkən, səs vermək üçün səfirliyə gələn türk seçicilər bu təxribata reaksiya verib.

Türkiyə vətəndaşlarından biri türk bayrağını yerdən qaldıraraq təxribatçıya edir. Polis Türkiyə vətəndaşlarına bu təxribata qarışmamaq barədə xəbərdarlıq edib.

Təxribat zamanı heç bir zorakılıq yaşanmasa da, Danimarka səlahiyyətlilərinin Türkiyənin Kopenhagendəki səfirliyinə əvvəlcədən məlumat verdiyi və lazımi tədbirləri gördüyü bildirilib.

Nümayişdən sonra Türkiyənin reaksiyası, xəbərdarlıqları və gözləntiləri Danimarka səlahiyyətlilərinə bildirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…