Danimarkadakı "Patrioterne Gar Live" (Patriots Live) adlı marjinal qrupun islamofob və ultra-millətçi bir üzvü Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında yenidən Türkiyə bayrağı və Qurana hücum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə prezident seçkiləri və 28-ci parlament seçkiləri çərçivəsində Danimarkada dünən səsvermə prosesi başlayarkən, səs vermək üçün səfirliyə gələn türk seçicilər bu təxribata reaksiya verib.
Türkiyə vətəndaşlarından biri türk bayrağını yerdən qaldıraraq təxribatçıya xəbərdarlıq edir. Polis Türkiyə vətəndaşlarına bu təxribata qarışmamaq barədə xəbərdarlıq edib.
Təxribat zamanı heç bir zorakılıq yaşanmasa da, Danimarka səlahiyyətlilərinin Türkiyənin Kopenhagendəki səfirliyinə əvvəlcədən məlumat verdiyi və lazımi təhlükəsizlik tədbirləri gördüyü bildirilib.
Nümayişdən sonra Türkiyənin reaksiyası, xəbərdarlıqları və gözləntiləri Danimarka səlahiyyətlilərinə bildirilib.