Əsas məzmuna keç

15 yaşlı oğlan 100 il müddətinə azadlıqdan məhrum edildi

15 yaşlı oğlan 100 il müddətinə azadlıqdan məhrum edildi

İndiana ştatında baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. "Mickey Cobra Nation" dəstəsinin üzvü olan yeniyetmənin məhkəmə hökmü hər kəsi şoka salıb.

ru en

ABŞ-nin İndiana ştatında dəstə ilə əlaqəli silahlı hücum zamanı bir qadının ölümünə səbəb olmaqda təqsirli bilinən 15 Jo Majze Larry 100 il müddətinə azadlıqdan edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, " Cobra " (MCN) dəstəsinin üzvü olduğu bildirilən Larry 26 yaşlı Dayla Swainin qətlinə görə 50 il, cinayətkar qrupun üzvü olmasına görə isə əlavə 50 il həbs cəzası alıb.

Eyni iş üzrə mühakimə olunan 19 yaşlı Rashawn Samuels qətl və dəstə üzvlüyü ittihamları ilə ümumilikdə 125 il həbs cəzasına məhkum edilib.

Digər təqsirləndirilən şəxs, 19 yaşlı Kyree Craver isə bu ilin iyul ayının əvvəlində 90 il həbs cəzası alıb.

Dördüncü şübhəlinin prosesinin isə ilin sonuna qədər başlaması gözlənilir.

Prokurorluğun məlumatına görə, hadisə 2025-ci ilin fevralında Anderson şəhərində gecə klubunun qarşısında baş verib.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər 2023-cü ildə törədilmiş başqa bir qətlin şahidini öldürməyi planlaşdırıblar. Lakin silahlı hücum zamanı hədəf aldıqları şəxs əvəzinə hadisə yerində olan Dayla Swain güllələnərək öldürülüb.

İndiana qanunvericiliyinə əsasən, cinayət törədilən vaxt 18 yaşına çatmadığı üçün Jo'Majze Larry cəzasının ən azı 20 ilini çəkdikdən sonra prokurorun razılığı olmadan hökmün yenidən nəzərdən keçirilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…