Fransanın şimalında yerləşən Sen-Port şəhərində smartfonların ictimai yerlərdə istifadəsi qadağan edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Sene-et-Marne bölgəsindəki Sen-Port şəhərində həftəsonu ictimai yerlərdə mobil telefonlardan istifadə ilə bağlı səsvermə keçirilib. Belə ki, təxminən 1900 nəfərin yaşadığı qəsəbədə səsverməyə qatılan 272 nəfərdən 146-sı “hə” deyə səs verib və ictimai yerlərdə smartfonlardan istifadə qadağan edilib.
Qərarla əhali şəhər küçələrində, mağazalarda, bərbərlərdə və ya parklarda smartfonlardan istifadə edə bilməyəcək, kafe və restoranlarda yemək yeyərkən və ya uşaqlarını gözləyən zaman mobil telefonla vaxt keçirə bilməyəcək. Şəhər küçələrində itənlər isə telefonlarında xəritələrdən istifadə etmək əvəzinə başqa insanlardan istiqamət istəməli olacaqlar.
Bu şəhərdə ictimai yerlərdə smartfonlardan istifadə etmək qadağan edilib
1 dəq
Oxşar xəbərlər
Avropa xəbərləri
Böyük Britaniya Ukraynadakı mövcudluğunu təsdiqləyib
Avropa xəbərləri
Fransa İranın Naxçıvana dron hücumunu qətiyyətlə pislədi
Avropa xəbərləri
Fransa BƏƏ istiqamətində uçan İran dronlarını vurdu
Avropa xəbərləri
ABŞ-nin İran əməliyyatı Avropa İttifaqının diqqətini Ukraynadan yayındırıb
Eyni mövzuda
Daha çox: Avropa xəbərləri
Avropa xəbərləri
İran münaqişəsi Avropaya yeni miqrant axınına səbəb olacaqmı?
Avropa xəbərləri
Viktor Orban: Macarıstan Ukrayna qərarlarını bloklayacaq
Avropa xəbərləri
Fransa Kiprə raket sistemləri və hərbi freqatlar göndərir
Avropa xəbərləri