Əsas məzmuna keç

“Bu, iki ölkə arasında gərginliyin azaldılmasına kömək edəcək”

“Bu, iki ölkə arasında gərginliyin azaldılmasına kömək edəcək”

bu sözləri çinli ekspert Tsyan Fen deyib. “Rusiya-Ukrayna münaqişəsi kontekstində bu görüş sülh danışıqlarını irəlilətmək imkanı kimi qiymətləndirilir....

Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Trampın qarşıdakı görüşü, çox güman ki, böhranının həlli üzrə dialoqun başlanmasına hazırlıq mərhələsi olacaq”.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS- a istinadən xəbər verir ki, bu sözləri çinli ekspert Tsyan Fen deyib.

“Rusiya-Ukrayna münaqişəsi kontekstində bu görüş sülh danışıqlarını irəlilətmək imkanı kimi qiymətləndirilir. Bu görüş daha çox gələcək dialoqa hazırlıq xarakteri daşıyacaq, nəinki atəşkəs sazişinin imzalanmasına birbaşa səbəb olacaq”, – deyə o bildirib.

Çinli politoloqun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinin həlli hələ də çoxtərəfli danışıqlardan asılıdır və irəliləyiş tərəflərin sanksiyalar, məsələləri və problemi kimi struktur çəkişmələrdə balans tapıb-tapmamasından asılı olacaq.

Onun sözlərinə görə, Putin və Tramp sammitdə qismən razılaşma əldə edə bilsələr, bu, iki ölkə arasında gərginliyin azaldılmasına, gələcək dialoqun və Rusiya-Amerika münasibətlərinin inkişafının əsasının qoyulmasına kömək edəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…