Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Lemmi Fransa və Almaniyadan olan həmkarlarının ardınca Londonda Ukrayna üzrə danışıqlarda iştirakdan imtina edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Qeyd edilib ki, bugünkü tədbir gözləniləndən daha aşağı səviyyədə keçiriləcək.
Qeyd edək ki, Böyük Britaniya, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri Londonda planlaşdırılan görüşü təxirə salıblar.