Böyük Britaniya Müdafiə Nazirliyi ilk dəfə olaraq Ukrayna ərazisində hərbi texnikaya texniki xidmət, təmir və əsaslı bərpa işlərini həyata keçirən obyektləri barədə məlumat yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hazırda ölkədə dörd belə sex aktiv fəaliyyət göstərir.
Məlumata əsasən, beşinci təmir sexinin yaradılması isə planlaşdırma mərhələsindədir.
Bu obyektlər Böyük Britaniya Müdafiə Nazirliyinin müqavilələri əsasında fəaliyyət göstərir və burada həm britaniyalı, həm də ukraynalı mütəxəssislər çalışır.
Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi-sənaye kompleksi obyektlərinə yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyi barədə hesabat vermişdi.