Əsas məzmuna keç

Britaniya Ukraynaya qoşun göndərməyə hazırlaşır

Britaniya Ukraynaya qoşun göndərməyə hazırlaşır

Böyük Britaniya hökuməti Ukraynaya göndəriləcək çoxmillətli qüvvələrin tərkibində fəaliyyət göstərəcək xüsusi qərargahın formalaşdırıldığını elan edib.

en ru

Ukraynaya göndərilməsi planlaşdırılan çoxmillətli qüvvələrin yaradılması çərçivəsində 70 nəfərdən ibarət qərargah formalaşdırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumat hökumətinin rəsmi saytında yerləşdirilən bəyanatda əks olunub.

Mətbuat xidmətinin məlumatına görə, artıq fəaliyyətə başlayan bu qərargahla yanaşı, Britaniya qoşunlarının hazırlıq prosesi üçün hökumət tərəfindən 200 milyon funt-sterlinq məbləğində vəsait ayrılıb.

Layihənin əsas məqsədi gələcəkdə ərazisində beynəlxalq hərbi iştirakı təmin etməkdir.

Qeyd edək ki, yanvarın 6-da Ukrayna lideri Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Ukraynaya çoxmillətli qüvvələrin daxil edilməsinə dair niyyət bəyannaməsi imzalayıblar.

Sənəddə söhbət münaqişə başa çatdıqdan sonra Qərb ölkələrinin qoşunlarının bölgədə yerləşdirilməsindən gedir.

Sənəd çərçivə xarakteri daşıyır və yalnız tərəflərin niyyətlərini ifadə edir. Xarici hərbi kontingentin sayı ilə bağlı konkret yoxdur. Yerləşdirmə formatı və müddəti hələlik müəyyən edilməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…