Operativ Məlumat Mərkəzi

BƏƏ 10 il ərzində ABŞ-a 1,4 trilyon dollar sərmayə qoyacaq

1 dəq
Paylaş:
BƏƏ 10 il ərzində ABŞ-a 1,4 trilyon dollar sərmayə qoyacaq
bu barədə Tramp BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündən sonra açıqlamasında deyib. ABŞ-ın gələcəyi üçün cəmi 10 trilyon dollardan çox...

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qarşıdakı on il ərzində ABŞ-a 1,4 trilyon dollar sərmayə qoyacağını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Tramp BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşündən sonra açıqlamasında deyib.

ABŞ-ın gələcəyi üçün cəmi 10 trilyon dollardan çox investisiya vədi aldıqlarını ifadə edən Tramp, bu sərmayələrin süni intellekt və informasiya texnologiyaları sektorlarında inkişafa çevriləcəyini ifadə edib.

Tramp prezidentliyinin ilk dövründə ABŞ iqtisadiyyatının yaxşı vəziyyətdə olduğunu və bu müddətdə daha da yaxşı olacağını iddia edib.

ABŞ və BƏƏ arasında münasibətlərin yaxşılaşacağına əminliyini ifadə edən Tramp Əl Nəhyana "sən zəngin ölkəsən, seçim edə bilərsən, amma bilirəm ki, heç vaxt mənim yanımdan ayrılmayacaqsan" deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər