Avstraliyanın Sidney şəhərinin cənub-qərbində qəzaya uğrayan kiçik təyyarənin 16 yaşlı pilotu vəfat edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb,
Yerli uçuş məktəbində qeydiyyatda olan kiçik "Cessna 172" təyyarəsi qalxdığı Camden hava limanından 3 kilometr aralıda Brovnlo Hilldə otlaqda qəzaya uğrayıb.
Bildirilir ki, 16 yaşlı pilot uçuşun ilk üç dəqiqəsində təxminən 1500 fut hündürlüyə çatdıqdan sonra eniş istəyib və qısa müddət sonra idarəetmə qülləsi ilə əlaqəni kəsib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Xatırladaq ki, Avstraliyada 15 yaşlı uşaqlar lazımi pilot sertifikatını aldıqları təqdirdə təkbaşına uça bilərlər.
Avstraliyada qəzaya uğrayan təyyarənin 16 yaşlı pilotu ölüb
1 dəq
Oxşar xəbərlər
Daxili Siyasət
Bir çox yerlərdə məcburi köçürmələr olacaq - AÇIQLANDI
Müsahibə
“Bu, ədalətsiz və qəbuledilməz qərardır” – deputatdan AZAL işi üzrə Rusiyaya sərt REAKSİYA
Müsahibə
“Su anbarlarının bərpası və yeni layihələr ölkənin su təhlükəsizliyini keyfiyyətcə yeni səviyyəyə yüksəldib”
Müsahibə