Əsas məzmuna keç

Ali məhkəmə Trampın lehinə qərar verib

Ali məhkəmə Trampın lehinə qərar verib

bu barədə qərarda qeyd olunur ki, Trampın namizədliyini, təkcə, Konqres dayandıra bilər. Xatırladaq ki, Kolorado və digər bir neçə ştat Trampın...

Birləşmiş Ştatları Ali Məhkəməsi ştatların fərdi şəkildə Donald Trampla bağlı onun seçkilərində iştirakına əngəl olacaq addımlar atmalarını qadağan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qərarda qeyd olunur ki, Trampın namizədliyini, təkcə, dayandıra bilər.

Xatırladaq ki, Kolorado və digər bir neçə ştat Trampın seçkilərdə namizəd olaraq iştirakını əngəlləmişdi.

Buna səbəb kimi onun 2021-ci ildə öz tərəfdarlarını Konqres binasına hücuma təşviq etməsi göstərilir. Ali Məhkəmənin qərarı Trampa Koloradoda bu gün keçiriləcək praymeri seçkilərində iştirak etməyə icazə verir. Bu gün, ümumilikdə, 15 ştatda praymeri və kokus seçkiləri keçiriləcək.

Prosesdə milyonlarla vətəndaşın iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Trampın noyabrda keçiriləcək prezident seçkilərində hazırkı Co Baydenə qarşı yeganə rəqib olma şansı indi daha çoxdur.

Tramp özünün “Truth Social” platformasında Ali Məhkəmənin qərarını Amerika üçün böyük qələbə adlandırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…