Operativ Məlumat Mərkəzi

Aİ Ukraynada enerji sektoruna maliyyəni yenidən nəzərdən keçirə bilər

2 dəq
Paylaş:
Aİ Ukraynada enerji sektoruna maliyyəni yenidən nəzərdən keçirə bilər

Avropa İttifaqı (Aİ) Ukraynanın enerji sektorunda aşkarlanan genişmiqyaslı korrupsiya qalmaqalından sonra Kiyevə ayırdığı maliyyələşdirməni yenidən qiymətləndirə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Məlumata görə, Ukraynanın enerji sahəsində iştirakçıların azı 100 milyon dollarlıq çirkli pulların yuyulmasında rol aldığı iddia olunan sxemin üzə çıxması Brüsseldə ciddi narahatlıq yaradıb.

Ukraynanın Avropa tərəfdaşları xərclənən vəsaitlərlə bağlı aydın izahat tələb edir və hesabatlılığın artırılmasını istəyirlər.

Aİ rəsmilərindən biri nəşrə bildirib ki, araşdırma zamanı aşkar edilən “endemik korrupsiya” “dəhşətlidir” və bu vəziyyət Ukraynanın beynəlxalq tərəfdaşlar arasındakı nüfuzuna mənfi təsir göstərə bilər.

Rəsmi qeyd edib ki, Avropa Komissiyası yaxın zamanda Ukraynanın enerji sektoruna ayırdığı maliyyələşməni yenidən nəzərdən keçirməli olacaq. Onun sözlərinə görə, gələcəkdə Kiyev ayrılan vəsaitlərin istifadəsində daha böyük şəffaflıq nümayiş etdirməli və sərt nəzarət mexanizmlərini tətbiq etməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər